Etiraf (film, 2011)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Etiraf
Elles
fr. Elles
Janr Dram filmi
erotik film
Rejissor Malqojata Şumovska
Baş rollarda Jülyet Binoş
Anais Demüstye
Operator Mixail Enqlert
Bəstəkar Pavel Mıketın
Rəssamlar Polin Burdon
Katajina Levinska
Distribütor Netflix
İlk baxış tarixi 9 sentyabr 2011, 29 mart 2012[1], 1 mart 2012[2]
Filmin növü Bədii film
[18+]
Müddət 99 dəq.
Büdcə 40 mln $
Ölkələr Fransa Fransa
Polşa Polşa
Almaniya Almaniya
Dillər Fransızca
Polyakca
İl 9 sentyabr 2011
Rəng rəngli
Çəkiliş yeri Köln
IMDb ID1549589

«Etiraf» (fr. Elles) — Polşalı rejissor Malojata Şumovskanın 2011-ci ildə çəkilmiş filmi. Film Elle jurnalında işləyən və qadın fahişəliyindən yazan jurnalist qadın Annadan (Jülyet Binoş) bəhs edir. Baxmayaraq ki, gənc qızlar reklamda maraqlı deyillər, Anna iki tələbəni intervyu verməyə sövq edə bilir: onlardan biri Alisiya (Coanna Kuliq) — ambissiyalı iqtisadiyyat fakültəsində təhsil alan qızdı. O anadan olduğu Polşanı tərk edərək, Fransaya təhsil almağa gəlmişdi. Digəri isə Şarlottadır (Anais Demustye). O əyalətdən uzaqlaşmaq üçün Parisə gəlmişdi.

Malqojata Şumovskanın "Etiraf" erotik drama filmi əsl fransız üslubunda nəinki hələ qədim zamanlardan bəri mövcud olmuş satılmış sevgi problemini, həmçinin kişilərin öz həyat yoldaşlarına xəyanətini bütün açıq-saçıqlıqla nümayiş etdirilmişdi. Filmdə əsasən musiqi səslənilmir, yalnız bəzən situasiyanın psixologizmini gücləndirmək üçün klassik melodiyalar aşağı səslə verilir. Filmin yaş məhdudiyyəti 18+, bu da filmdə açıq səhnələrin çox olması ilə anlanmaq olar.

Anna gənc və lazımi qədər uğurlu və istedadlı jurnalistdir. O Elle jurnalında işləyir. Hər yeni iş günü onun üçün çoxlu sayda yeni tanışlıq, yeni emosiya və hisslər deməkdir. Tezliklə o olduqca maraqlı bir şeylə rastlaşır. Universitetin pullu fakültələrində təhsil alan gənc qızlar təhsil pulunu ödəmək məqsədi ilə çox qeyri-adi bir fəaliyyət növü ilə məşğuldurlar. Onlar fahişəlik edirlər və bu yolla çox böyük miqdarda pul qazanırlar. Anna bu gənc qızların həyatı ilə maraqlanır və az keçmədən o hiss edir ki, onun dünyaya olan baxışları tamamilə səhvdir. O artıq başqa cür, həyatın anlamını dərk etməyə başlayır, onun dəyərləri sürətlə dəyişməyə başlayır, o artıq öz ailəsinə, seksə və işinə başqa cür yanaşır.

Film ilk dəfə 2011-ci ildə Beynəlxalq Toronto Kino festivalında,[3] Fransa kinoteatrlarında isə 1 fevral 2012-ci ildə nümayiş etdirilmişdi.[4]

Aktyor Rol
Jülyet Binoş Anne
Anais Demustye Charlotte
Coanna Kuliq Alicja
Krystyna Janda Anne'ın anası
Andrzej Chyra sadist klient
Jean-Marie Binoche Anne'ın atası
  1. IMDb (ing.). 1990.
  2. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  3. "Toronto International Film Festival 2011: 'Elles'". 2012-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.
  4. "Date di uscita per Elles (2011)".[ölü keçid]