Epik film

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
LucyWho.com saytında bir istifadəçi tərəfindən yerləşdirilmiş Con Hyustonun Bibliya... Başlanğıc (1966) filminin teatr posteri.

Epik film — böyük miqyaslı, geniş əhatə dairəsinə malik və təsirli panoramik təsvirləri özündə cəmləşdirən film çəkilişi tərzidir. Roger Ebert kimi tədqiqatçıların fikrinə görə, bu terminin istifadəsi zamanla dəyişikliyə məruz qalmış və bəzən bir film janrını, bəzən isə böyük büdcəli proyektləri təsvir etmək üçün sifət kimi istifadə olunmuşdur. Klassik ədəbi mənada olan epiklər (dastanlar) kimi, bir çox epik filmlərdə də əsas diqqət mərkəzində olan personaj qəhrəman xarakteri daşıyır. Epiklər digər janrlardan, məsələn, tarixi dram və ya macəra filmlərindən iddialı strukturları ilə seçilirlər.

Bütün zamanların ən çox gəlir gətirən filmləri siyahısında bu janra aid olan filmlərdə vardır. Hal-hazırda dünya üzrə 2,7 milyon dollarla rekordu əlində saxlayan Avatar, Avatardan əvvəl bu rekorda sahib film olanTitanik, gəlirlər inflyasiyaya görə nizamlandığı təqdirdə dünya tarixinin ən çox gəlir gətirən filmi hesab olunan[1] Küləklə sovrulanlar filmləri epik filmlərdirlər. 11 Akademiya Mükafatı qazanma rekordunu bölüşən üç film (Ben-Hur, TitanikÜzüklərin hökmdarı: Kralın qayıdışı) də epik film janrındadırlar.

  1. Glenday, Craig, ed. (2011) (in Russian, translated by Andrianov, P.I. & Palova, I.V.). Гиннесс. Мировые рекорды 2012 [Guinness World Records 2012]. Moscow: Astrel. p. 211. ISBN 978-5-271-36423-5.